Qəzzada 176 BMT əməkdaşı öldürülüb
03.04.2024 18:00 Dünyadan reaksiya 132
Qəzzada Birləşmiş Millətlər Təşkilatının 176 işçisi öldürülüb.
Reaksiya.az xəbər verir ki, Qəzzadakı vəziyyətlə bağlı BMT Fələstinli Qaçqınlara Yardım Agentliyindən (UNRWA) açıqlama verilib.
Bildirilib ki, UNRWA-nın 176 əməkdaşı İsrailin hücumlara başladığı 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında həyatını itirib.
Açıqlamaya görə, UNRWA-nın Qəzzanın şimalına ərzaq və digər əsas ehtiyacları çatdırmasına İsrailin maneələri davam edir.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatına görə, İsrail martın 1-dən etibarən Qəzzanın şimalına həyata keçirilməsi planlaşdırılan humanitar yardım missiyalarının 30 faizini rədd edib.
Şərhlər