Kreml “Krokus”la bağlı bu xəbəri şərh etmədi
03.04.2024 18:43 Dünyadan reaksiya 145
Bu, bizim səlahiyyətimizə aid deyil, çünki bu cür məlumat mübadiləsi xüsusi xidmət orqanlarının kanalları ilə baş verir, informasiya birbaşa xidmətdən xidmətə ötürülür.
Reaksiya.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın “Krokus Siti Holl”un terror hücumunun hədəfi ola biləcəyi ilə bağlı Rusiyaya xəbərdarlıq etməsi xəbərini şərh edərkən deyib.
Kreml nümayəndəsindən ABŞ-ın Moskva sinaqoqunda terror aktının qarşısını almağa kömək edib-etmədiyi də soruşulub.
Peskov bu sualı da cavabsız qoyub:
“Bu sual da bizə aid deyil”.
Şərhlər