İtaliya XİN: Fransa Qafqazda sülhə mane olur

04.04.2024 10:00     Dünyadan reaksiya     120

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarını tənqid edib və bildirib ki, Fransa Cənubi Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın "Giornale Diplomatico" nəşri yazıb.

Fransalı nazirin ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə keçirdiyi mətbuat konfransında səsləndirdiyi sözləri şərh edən E.Çirielli qeyd edib ki, Azərbaycan-Ermənistan sülh prosesində iştirak edən qurumlardan başqa qurumların nümayəndələrinin hər hansı uzaqgörən bəyanatı gərginliyi daha da artıra bilər:

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edən Azərbaycan məsuliyyətli mövqe tutur. Fransa Respublikasının xarici işlər naziri ABŞ dövlət katibi ilə birgə mətbuat konfransında verdiyi açıqlamalar, şübhəsiz ki, vəziyyəti sakitləşdirməyə kömək etmir. Fransanın naziri Sejurne sağlam düşüncəni rəhbər tutaraq regionda davamlı sülhə nail olmaq üçün irəliləyənlərin səylərini sarsıtmaması məqsədəuyğun və faydalı olardı".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar