İsveçrədə helikopter dağın zirvəsinı çırpıldı

04.04.2024 10:30     Dünyadan reaksiya     79

İsveçrənin cənubunda bələdçi və turistləri daşıyan helikopter qəzaya uğrayıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Vale kantonunun polis idarəsi məlumat yayıb.

Bildirilir ki, təxminən 3700 metr yüksəklikdə zirvəyə çırpılan helikopter qərb yamacına doğru sürüşüb. Qəzada yaralanan 2 nəfər xəstəxanaya çatdırılıb. Digər 3 nəfər isə hadisə yerində həyatını itirib.

Qeyd edək ki, bu ərazidə aprelin birində baş verən qar uçqununda 3 nəfər həlak olub.

Reaksiya.az

Şərhlər