İranın şəhərlərinə hücum: 5 SEPAH üzvü öldürüldü
04.04.2024 10:40 Dünyadan reaksiya 164
İranın Sistan və Bəlucistan əyalətinin Rask, Çabahar və Sərbaz şəhərlərində SEPAH-la "Ceyş əl-Ədl" silahlı qruplaşması arasında şiddətli qarşıdurma olub.
Qarşıdurma aprelin 4-ü səhər saatlarında da davam edib.
Silahlı qarşıdurma zamanı 5 SEPAH üzvü və 5 silahlı bəluc öldürülüb, hər iki tərəfdən çoxlu sayda silahlı yaralanıb.
İran hökuməti qarşıdurmanın sona çatdığını elan etsə də, qarşı tərəf bunu təkzib edib.
"Ceyş əl-Ədl" silahlı qruplaşması özünün sosial media hesabında, xüsusən Çabaharın bir neçə bölgəsində atışmaların davam etdiyini bildirib.
Silahlı qruplaşma qarşıdurma olan yerlərin adını qeyd edib və vətəndaşlardan küçələrə çıxmamalarını, evlərində qalmalarını istəyib.
Qarşıdurma baş verən bölgələrdə, xüsusən Çabaharda SEPAH və təhlükəsizlik qüvvələrinin yolları bağladığı, hərbi helikopterlər qaldırdığı bildirilir.
Şərhlər