Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

04.04.2024 13:30     Dünyadan reaksiya     146

Ermənistan Zəngəzur dəhlizinin açılmasında daha maraqlı tərəf olmalıdır.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Bakıda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bölgədə inteqrasiya olmağa ehtiyacı olan ölkə Ermənistandır:

“Biz onsuz da Azərbaycanla bir çox layihələrlə birgə çalışırıq. Bundan sonra da çalışacağıq. Lakin bir çox beynəlxalq layihələrdən kənarda qalan Ermənistan Zəngəzur dəhlizinin açılmasında daha maraqlı tərəf olmalıdır”.

Şərhlər

Çox oxunanlar