İran silahlı qarşıdurma ilə bağlı rəsmi bəyanat yaydı

04.04.2024 14:00     Dünyadan reaksiya     138

İran bu gün Sistan və Bəlucistan əyalətinin Rask, Çabahar və Sərbaz bölgələrində baş verən silahlı qarşıdurma ilə bağlı rəsmi bəyanat yayıb.

Reaksiya.az xəbər verir ki, İran daxili işlər nazirinin təhlükəsizlik və hüquq-mühafizə məsələləri üzrə müavini Məcid Mirəhmədi silahlı qarşıdurma nəticəsində 5 SEPAH və polis üzvünün öldürüldüyünü, 10-nun yaralandığını deyib.

SEPAH-ın Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur isə açıqlamasında “Ceyş əl-Ədl” silahlı qruplaşmasının 15 üzvünün zərərsizləşdirildiyini bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar