Yens Stoltenberq: Bu il NATO ölkələrinin əksəriyyəti öz ÜDM-lərinin ən azı 2%-ni müdafiəyə yatıracaq

04.04.2024 15:15     Dünyadan reaksiya     134

Bu il NATO ölkələrinin əksəriyyəti ümumi daxili məhsullarının ən azı 2%-ni müdafiəyə yatıracaq.

Reaksiya.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq alyansın 75-ci ildönümü ilə əlaqədar NATO XİN başçılarının iştirakı ilə Brüsseldə təşkil olunan mərasimdə çıxışı zamanı deyib.

O qeyd edib ki, NATO bütün Avropada sülhün, demokratiyanın və rifahın təşəkkülünə dəstək verib:

"Əvvəlcə on iki üzvümüz var idi, bu gün isə sıralarımızdakı ölkələrin say 32-dir. Deməli, bəzi şeyləri düzgün etməliyik. Avropanın təhlükəsizliyində Amerikanın iştirakı lazımdır. Ədalətli yük bölgüsü vacibdir. Bu il NATO ölkələrinin əksəriyyəti ümumi daxili məhsullarının ən azı 2%-ni müdafiə xərclərinə ayıracaq.

Eyni zamanda, Şimali Amerikanın da Avropaya ehtiyacı var. Avropa alyansı dünya səviyyəli hərbçilər, geniş kəşfiyyat şəbəkələri və unikal diplomatik rıçaqları təmin edir. Amerika Birləşmiş Ştatlarının digər böyük dövlətlərdən daha çox dostu və müttəfiqi var. Mən tək Avropaya inanmadığım kimi, Amerikaya da inanmıram. NATO-da Amerika və Avropanın birliyinə inanıram. Çünki biz birlikdə daha güclü və təhlükəsizik".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar