NATO baş katibindən müharibə mesajı: “Bizim üçün zəruridir”

04.04.2024 16:11     Dünyadan reaksiya     144

Ukraynada döyüş əməliyyatları NATO-nun təhlükəsizliyi üçün zəruridir.

Bunu NATO baş katibi Yens Stoltenberq Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə görüşündə deyib.

“Sizin gördüyünüz işlər NATO-nun təhlükəsizliyi üçün mütləq lazımdır. Ukraynaya dəstək xeyriyyəçilik deyil, NATO ölkələrinin öz təhlükəsizliyinə sərmayədir”, - Stoltenberq bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar