Avropa Ermənistana bu silahları verəcək - Maraqos

04.04.2024 17:30     Dünyadan reaksiya     79

Avropa Birliyi Ermənistanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək və onu öldürücü olmayan silahlarla təmin etmək niyyətindədir.

Reaksiya.az xəbər verir ki, bu barədə qurumun Ermənistandakı nümayəndəsi Vasilis Maraqos deyib.

“AB Ermənistan silahlı qüvvələrinə qeyri-öldürücü silahlar baxımından dəstək vermək niyyətindədir, biz əhəmiyyətli dəstəkdən danışırıq. AB regionda vəziyyətin sabitləşdirilməsinə və nizamlanmasına, o cümlədən təşkil etdiyi görüşlərə tam sadiq qalır”, - o bildirib.

Reaksiya.az

Şərhlər