Rumıniya və Moldova birləşə bilər - Çolaku

04.04.2024 19:16     Dünyadan reaksiya     102

Rumıniya və Moldovanın birləşməsi istər Avropa Birliyi daxilində, istərsə də ondan kənarda baş verə bilər. Amma bunun üçün Moldova vətəndaşlarının istəyi lazımdır.

Reaksiya.az xəbər verir ki, bunu Rumıniyanın Baş naziri Marçel Çolaku deyib.

“Birləşmənin tərəfdarıyam. Bu, mənim haqqımdır. Moldovada mənim kimi rumınlar yaşayır. Tarix ədalətsizlik edib. Keçmişi dəyişdirə bilmərik və indiki vəziyyət keçmişin nəticəsidir. Edə biləcəyimiz gələcəyi qurmaqdır”, - o bildirib.

Reaksiya.az

Şərhlər