Belə şeylərlə zarafat etmirəm, çiməcəm - Makron
05.04.2024 09:00 Dünyadan reaksiya 152
Fransa Prezidenti Olimpiya Oyunları ərəfəsində həqiqətən də Sena çayında üzəcəyini təsdiqləyib.
Reaksiya.az “Le Fiqaro”ya istinadən xəbər verir ki, dövlət başçısı Sen-Deni Olimpiya Su İdmanı Mərkəzinin açılışında iştirak edərkən deyib.
“Belə şeylər haqqında zarafat etmək vərdişim yoxdur”, - deyə o bildirib.
Qeyd edək ki, martın əvvəlində Makron bir gün Sena çayında çiməcəyini vəd edib və izdihamın olmaması üçün tarixi əvvəlcədən elan etməyəcəyini zarafatyana formada söyləyib.
Şərhlər