ABŞ nüvə silahı ilə bağlı qətnaməni səsverməyə çıxarır

05.04.2024 12:00     Dünyadan reaksiya     91

ABŞ BMT Təhlükəsizlik Şurasında (TŞ) kosmosda nüvə silahının yerləşdirilməməsinə dair qətnamə layihəsini səsverməyə çıxaracaq.

Reaksiya.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Biz bu qətnaməni gələn həftənin əvvəlində səsverməyə çıxaracağıq”, - Ağ Ev rəsmisi vurğulayıb.

Kirbi əlavə edib ki, Vaşinqton Rusiyanın qətnaməyə səs verməsini gözləyir.

Reaksiya.az

Şərhlər