Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb

05.04.2024 09:15     Dünyadan reaksiya     154

Tayvan yaxınlığında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb.

Reaksiya.az xəbər verir ki, fəlakət nəticələrinin aradan qaldırılması üzrə fövqəladə hallar qərargahının hesabatında bildirilib.

Bildirilib ki, həlak olmuş 10 nəfərlə yanaşı 1 106 sakin yaralanıb.

Yenilənmiş məlumatlara görə, 705 nəfər çətin əldə edilən ərazilərdə yardım gözləyir: onlardan 500-dən çoxu Taroko Milli Parkının dağlıq ərazilərindədir. Həmçinin 18 nəfər hələ də itkin sayılır.

Xatırladaq ki, Tayvanda 7,4 maqnitudalı zəlzələ baş verib. Bu, son 25 ilin ən güclü zəlzələsidir. ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Hualyan şəhərindən təxminən 18 km cənubda yerləşib. Bu, insanların az məskunlaşdığı dağlıq bölgədir. Yeraltı təkanlar paytaxt Taybeydə də hiss olunub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar