ABŞ Ermənistana yardımı ikiqat artırdı

05.04.2024 17:46     Dünyadan reaksiya     140

ABŞ Ermənistana 65 milyon dollardan çox yardım etməyi planlaşdırır.

Reaksiya.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken bildirib.

Onun sözlərinə görə, ABŞ Ermənistanın dövlət idarəçiliyi və iqtisadiyyat sahələrinə investisiya qoymaq niyyətindədir:

“2023-cü maliyyə ili büdcə vəsaitlərimizdən 65 milyon dollardan çox yardım etməyi planlaşdırırıq. Bu, iki il əvvəllə müqayisədə 50% çoxdur. Gələcəkdə ABŞ Ermənistan üçün prioritet olan ərzaq təhlükəsizliyi, rəqəmsal infrastruktur, enerji diversifikasiyası və ticarət sektorun yardımın həcmini artırmaq istəyir”.

Blinken bildirib ki, Cənubi Qafqazda yeni infrastruktur regionun hər bir ölkəsində insanların rifahının yaxşılaşdırılmasına kömək edəcək və ABŞ belə layihələrə kömək etməyə hazırdır.

Reaksiya.az 

Şərhlər

Çox oxunanlar