Türkiyə MOSSAD-ın 8 agentini ələ keçirdi

05.04.2024 18:06     Dünyadan reaksiya     163

Türkiyənin Daxili İşlər Nazirliyi İstanbulda İsrailin xeyrinə casusluq etməkdə, bir sıra şəxslər və şirkətlər haqqındakı gizli məlumat və sənədləri xarici kəşfiyyata ötürməkdə şübhəli bilinən 8 nəfəri saxlayıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X sosial şəbəkəsində məlumat verib.

Məlumata əsasən, həmin şəxslərdən 2-si hələ də saxlanılır, digər 6 nəfər isə məhkəmə nəzarəti altında müvəqqəti azadlığa buraxılıb.

Həmçinin bildirilib ki, saxlananlar arasında Əhməd Ersin Tumlucalı adlı özəl detektiv və həyat yoldaşı 2011-2020-ci illər arasında MOSSAD ilə əlaqədə olub, bu müddət ərzində Almaniya və Avstriyada İsrail Xarici Kəşfiyyat Təşkilatının iki üzvü ilə görüşlər keçirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar