İsrailin Romadakı səfirliyi təhlükəsizlik səbəbilə müvəqqəti bağlanıb

05.04.2024 19:59     Dünyadan reaksiya     275

İsrailin Romadakı səfirliyi təhlükəsizlik səbəbindən bağlanıb.

Reaksiya.az xəbər verir ki, bu barədə "LaPresse" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, səfirlik İrandan gələn təhdidlərə əlaqədar olaraq bağlanıb.

Agentliyin məlumatına görə, bu qərar ehtiyat tədbiri kimi qəbul edilib.

Xatırladaq ki, aprelin 1-də İsrail hərbçiləri Dəməşqdə İran səfirliyinin yerləşdiyi diplomatik məhəlləyə hücum ediblər. Konsulluq binası tamamilə dağıdılıb. İsrail hakimiyyəti İrandan gələn təhdidlərə görə müxtəlif ölkələrdəki 28-ə yaxın diplomatik nümayəndəliyini bağlayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar