Ermənilər atəş açdı: Paşinyana Brüsseldə nə deyiblər?

06.04.2024 09:29     Dünyadan reaksiya     149

Baş nazir Nikol Paşinyan Brüsseldə ABŞ və AB rəsmiləri ilə görüşərkən Ermənistan-Azərbaycan sərhəddində atışma qeydə alınırdı. Halbuki Paşinyan Brüsselə yollanmadan əvvəl müdafiə nazirinə bununla bağlı xəbərdarlıq etməliydi.

Reaksiya.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, əgər belə bir xəbərdarlığa rəğmən, erməni ordusu Azərbaycan ərazisini atəşə tutubsa, demək, Ermənistanda Paşinyana quyu qazmaq istəyənlər var:

“İkinci Qarabağ müharibəsi də belə başlamışdı. İndi bu təxribatlara cavab olaraq Azərbaycan Ordusu Qazaxa bitişik 4 kəndə daxil olarsa, Belçika paytaxtında Paşinyana müxtəlif dəstək vədləri verənlər nə edəcəklər? Vaşinqton və Brüssel Paşinyana maliyyə ayıracaqlarını vəd ediblər, daha deməyiblər ki, Ermənistan ordusunun təxribatına cavab olaraq Azərbaycan Ordusunun 4 kəndə daxil olmasını əngəlləyəcəklər”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar