Baydendən Netanyahuya sərt xəbərdarlıq
06.04.2024 09:46 Dünyadan reaksiya 126
ABŞ Prezidenti Co Bayden və İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Reaksiya.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Bayden söhbət zamanı bildirib ki, İsrail Qəzza zolağında fəaliyyət istiqamətini dəyişməsə, Vaşinqton Təl-Əvivi dəstəkləməyi davam etdirə bilməz.
Bildirilib ki, baş tutan söhbət 2023-cü il oktyabrın 7-dən bəri həm ton, həm də məzmun baxımından ən sərt olub.
Şərhlər