Almaniya Tiflisi təhdid etdi: Bu qanun qəbul olunsa...

06.04.2024 10:00     Dünyadan reaksiya     126

“Xarici agentlər haqqında” qanunun qəbulu ilə əlaqədar Gürcüstan Avropa Birliyinə (AB) üzv olmaq üçün namizəd statusunu itirə bilər.

Reaksiya.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat katibi Sebastyan Fişer bildirib.

“Keçən il Gürcüstan vətəndaş cəmiyyətinin on minlərlə nümayəndəsinin etirazı nəticəsində bu qanun layihəsi gündəmdən çıxarıldı. Gürcüstanın bu şansı (AB-yə namizəd statusunu - red.) itirib-itirməyəcəyinə AB-nin digər ölkələri ilə məsləhətləşmələrdə qərar veriləcək”, - deyə XİN sözçüsü bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar