Kiyev Rusiya üçün AB hava məkanını bağlamağa çalışır

06.04.2024 10:17     Dünyadan reaksiya     114

Ukrayna Rusiya və Belarus təyyarələrinə AB məkanında hava tranzitinə qadağa tətbiq etməyi təklif edib. Təşəbbüsün məqsədi Rusiya biznes və turistlərinin Avropa Birliyi səmasından rahat istifadə etmələrinin qarşısını almaqdır.

Reaksiya.az xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal deyib.

“AB səması Rusiya hərbi təyyarələri üçün bağlıdır, lakin biz tərəfdaşlarımızla Rusiyadan istənilən uçuşlar üçün tranzitin bağlanmasını müzakirə etmişik”, - baş nazir bildirib.

Eyni zamanda o qeyd edib ki, belə bir addım Moskva üçün logistikada problemlər yaradaraq onu bahalaşdıracaq, həm də diskomforta səbəb olacaq:

“Biz belə sanksiyalarda israr edəcəyik. Əminəm ki, Litva, Estoniya və Latviyadan olan tərəfdaşlarımız bizim təklifimizi dəstəkləyəcəklər. Biz bununla bağlı Avropa Komissiyası ilə işləyəcəyik”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar