Qaqauziya bu halda Moldovadan ayrılacaq - Qutsul
06.04.2024 10:30 Dünyadan reaksiya 125
Kişinyov Rumıniya ilə birləşmə yoluna başlamaq qərarına gələrsə, Qaqauz muxtariyyəti Moldovadan ayrılacaq.
Reaksiya.az xəbər verir ki, bu barədə Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul Teleqram kanalında yazıb.
"Hər hansı bir ittifaq təşəbbüsü Qaqauziyanın ayrılması və müstəqil Qaqauz respublikasına qayıtması prosedurunun dərhal başlanması deməkdir. Əminik ki, bir çox qonşu moldovan və bolqar kəndlərinin sakinləri bizi dəstəkləyəcək və bizə qoşulacaqlar", - Qutsul qeyd edib.
Şərhlər