İranda İŞİD liderlərindən biri saxlanıldı
06.04.2024 12:18 Dünyadan reaksiya 120
İranda təhlükəsizlik qüvvələri tərəfindən yüksək “rütbəli” İŞİD üzvü saxlanılıb.
Reaksiya.az xəbər verir ki, bu barədə İran polis komandanlığının sözçüsü Səid Müntəzir Mehdi məlumat yayıb.
O bildirib ki, Kərəc şəhərində keçirilən əməliyyat çərçivəsində İŞİD-in yüksək vəzifəli üzvü, “Rameş” kod adlı Məhəmməd Zakeri və terror təşkilatının digər iki mənsubu saxlanılıb.
Onların Fitr bayramında kamikadze əməliyyatı keçirmək niyyətində olduğu bildirilib.
Bundan əlavə İŞİD-lə əlaqəli 8 nəfərin də saxlanıldığı vurğulanıb.
Şərhlər