İran bu tarixdə İsrailə hücum edəcək - CBS
06.04.2024 13:13 Dünyadan reaksiya 114
İsrail və ABŞ hesab edir ki, İran İsrailin Suriya konsulluğunu bombalamasına görə qisas almaq istəyir və buna cavab olaraq ballistik və qanadlı raketlərlə birlikdə pilotsuz təyyarələrdən də istifadə edəcək.
Reaksiya.az xəbər verir ki, bu barədə "CBS Nyus" nəşri məlumat yayıb.
Məlumatda hücumun Ramazan ayının sonuna qədər baş verəcəyi bildirilib. Digər məlum olmayan məsələ isə raketlərin İraq və ya Suriyadan, yoxsa İran ərazisindən buraxılacağıdır.
"İsraillilər cavab verəcəklərini bildirirlər, buna görə də İranın İsrail obyektinə hücumu regional müharibəyə doğru daha bir addım olar" , - məlumatda vurğulanıb.
Qeyd edək ki, aprelin 1-də İsrail hərbçiləri Dəməşqdə İran səfirliyinin yerləşdiyi diplomatik korpusun yanındakı binaya zərbə endirib, nəticədə SEPAH-ın iki generalı və 5 zabiti ölüb. İranın qisas alacağı gözlənilir. İsrail hakimiyyəti İrandan gələn təhdidlərlə bağlı müxtəlif ölkələrdəki 28 diplomatik nümayəndəliyini bağlayıb.
Şərhlər