Azərbaycan millisinin baş məşqçisi: Futbolçular sonadək istəkli oldular və rəqibdən qorxmadılar
06.04.2024 14:00 Dünyadan reaksiya 111
Futbolçular sonadək istəkli oldular və rəqibdən qorxmadılar.
Bunu Report-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov səfərdə Macarıstanla heç-heçə (1:1) etdikləri Avropa çempionatının seçmə mərhələ oyunu barədə danışarkən deyib.
Mütəxəssis ilk qarşılaşmanın həmişə çətin keçdiyini bildirib: "Qarşımızdakı yığma da çox keyfiyyətli komandadır. Heyətində yaxşı və Avropanın aparıcı liqalarında çıxış edən futbolçular var. Rəqibin gücü bəlli idi. Məğlub olmadan matçı bitirə bildik. Bu, qələbəyə bərabər heç-heçədir. Hesabda geri düşsək də, komanda xarakter göstərdi. Başqa qol şanslarımız da var idi, dəyərləndirə bilmədik. Komandamı təbrik edirəm. Ümid edirəm ki, bu matç, nəticə qızlara inam verəcək".
Əsgərov aprelin 9-da İsveçrə ilə Bakıda gerçəkləşəcək görüşə də toxunub: "Evdə də ən azı uduzmamaq istəyirik. Bu gün saat 21:00-da Bakıya çatacağıq. Futbolçular güc sərf ediblər. Topsuz çox qaçıblar və yorulublar. Matça qədər özümüzə gəlməliyik".
Şərhlər