Meksika Ekvadorla diplomatik münasibətləri kəsib

06.04.2024 14:13     Dünyadan reaksiya     103

Meksika Ekvadorla diplomatik münasibətləri kəsdiyini elan edib.

Reaksiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

Meksikanın xarici işlər naziri Alisiya Barsena bildirib ki, Meksikanın Ekvadordakı səfirliyinin bir neçə diplomatı Ekvador polisinin diplomatik missiyaya hücumu zamanı xəsarət alıb.

“Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasını və Ekvadorda meksikalı diplomatik personalın xəsarət aldığını nəzərə alaraq, Meksika Ekvadorla diplomatik münasibətləri dərhal kəsdiyini elan edir”, - Meksika XİN-nin məlumatında qeyd edilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar