KİV: ABŞ Rusiya-Çin əməkdaşlığının genişlənməsindən narahatdır

06.04.2024 16:16     Dünyadan reaksiya     186

ABŞ rəsmilərinin Rusiya ilə Çin arasında əməkdaşlığın genişlənməasindən narahatlıq ifadə etdikləri bildirilib.

Reaksiya.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın adı açıqlanmayan üç vəzifəli şəxsi ölkənin dövlət katibi Antoni Blinkenin bu barədə NATO və Avropa İttifaqı (Aİ) üzrə həmkarları ilə söhbətdə danışdığını qeyd edib.

Həmin rəsmilərin sözlərinə görə, Blinken bu çərçivədə Çinin optik cihazlar, propellent və kosmik sfera üzrə avadanlıqların istehsalında Rusiyaya verdiyi dəstəyi önə çəkib.

Onlar bildiriblər ki, Blinken Çinin bu yardımının Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü davam etdirməsinə imkan yaratmaqla yanaşı, digər ölkələri təhdid etdiyini də vurğulayıb.

O da bildirilir ki, ABŞ dövlət katibi həmkarlarına Çin rəsmiləri ilə ikitərəfli müzakirələrdə bu barədə açıq danışmağı, Çin-Rusiya əməkdaşlığının genişlənməsi ilə bağlı narahatlıqlarını ictimailəşdirməyi və Rusiya Hərbi-Sənaye Kompleksinə (HSK) yardım göstərən şirkətlərə qarşı tədbir görməyi tövsiyə edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar