Ukrayna bu il 2 milyondan çox dron istehsal etməyi planlaşdırır

06.04.2024 19:00     Dünyadan reaksiya     301

Ukrayna bu il 2 milyondan çox dron istehsal etməyi planlaşdırır.

Reaksiya.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın strateji sənayelər nazirinin müavini Anna Qvozdyar Yaponiya telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, söhbət müxtəlif tipli dronlardan gedir: “Xüsusilə, süni intellektin köməyi ilə yeni nəsil dronlar hazırlanır. Süni intellekt dronlara marşrutları müstəqil şəkildə müəyyənləşdirməyə və zərbələr endirməyə kömək edir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar