ABŞ qərar verməlidir: Qlobal gücdür, ya yox?

07.04.2024 10:00     Dünyadan reaksiya     136

ABŞ ya qlobal lider olmaqda davam etməyə, ya da özünü təcrid edib daxili siyasətlə məşğul olmağ qərar verməlidir.

Reaksiya.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

"Əgər ölkə birinci variantı seçərsə, Ukraynaya yardım haqqında qanun layihəsinin qəbulunu gecikdirməyi dayandırmalıdır", - müşavir söyləyib.

Onun sözlərinə görə, Rusiya bu müharibədə qalib gəlsə, dünya tamam başqa cür olacaq.

Həmçinin o qeyd edib ki, hazırda Ukraynaya əsas yardım ABŞ deyil, Avropa ölkələrindəndir:

"Ona görə də dövlətimiz bu əməkdaşlığı genişləndirməyi planlaşdırır. Ukraynanın da bu müharibəni aparmaq üçün öz resursları var".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar