İlon Mask bəşəriyyətin sonunu proqnozlaşdırdı

07.04.2024 11:00     Dünyadan reaksiya     293

Bəşəriyyət təxminən 20 il ərzində - Mars yaşayış üçün əlverişli hala gətirilənə qədər indiki texnoloji səviyyəsini saxlamalıdır.

Reaksiya.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask sivilizasiyanın nə qədər mövcud olacağı ilə bağlı proqnoz verərkən X hesabında bildirib.

“Əgər biz çoxplanetli, sonra isə çoxulduzlu olsaq, bəşəriyyətimiz milyonlarla il davam edəcək. Əgər belə deyilsə, onda bəlkə də cəmi bir neçə yüz il var olacaq”, - o qeyd edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar