Nikaraqua Ekvadorla diplomatik əlaqələri kəsdi
07.04.2024 11:29 Dünyadan reaksiya 414
Nikaraqua rəhbərliyi Ekvadorla diplomatik münasibətləri kəsib.
Reaksiya.az xəbər verir ki, bu barədə Nikaraqua hökumətinin bəyanatında bildirilib.
“Ekvador vətəndaşlarının asayişini, təhlükəsizliyini və onların həyatlarını qorumalı olan qüvvələr tərəfindən Kitoda həyata keçirilən məzəmmətli hərəkətləri nəzərə alaraq, biz Ekvador hökuməti ilə bütün diplomatik əlaqələri kəsmək barədə suveren qərarımızı bəyan edirik, eyni zamanda, bir daha sevimli Ekvador xalqına hörmətimizi bildiririk və beynəlxalq hüquqa, dünya dövlətləri və hökumətləri arasında sivil münasibətləri tənzimləyən konvensiyalara sadiqliyimizi bir daha təsdiq edirik”, - bəyanatda vurğulanıb.
Qeyd edək ki, Ekvador polisi rüşvətxorluq və korrupsiyada ittiham olunan Xorxe Qlası həbs etmək üçün Meksikanın Kitodakı diplomatik missiyasının binasına hücum edib. Ekvadorun sabiq vitse-prezidenti Qlas 2023-cü ilin dekabrında Meksika səfirliyinə sığınmışdı.
Şərhlər