270 milyon son deyil: 2,6 milyardı unutmayın! - Mirzoyan

07.04.2024 13:04     Dünyadan reaksiya     581

AB-dən gəlməli olan 270 milyon avro nə başlanğıc, nə də sondur, məbləğlər bundan əvvəl alınmışdı, bundan sonra da olacaq.

Reaksiya.az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yerli televiziyaya müsahibəsində deyib.

“270 milyon avrodan əlavə 2,6 milyardı da unutmayaq. Onlar, məsələn, Ermənistan məhsullarının standartlarını yüksəltməyə yönəldiləcək. Bu, daha böyük bir prosesin sadəcə bir hissəsidir, bununla başlamadı və ya bununla bitmədi, o deyil ki, əvvəllər pul olmayıb və bundan sonra da olmayacaq”, - o bildirib.

Müdafiə və təhlükəsizlik məsələlərinin müzakirə olunub-olunmadığını soruşduqda, Mirzoyan cavab verib ki, hərbi komponentlə heç bir müzakirə aparılmayıb, lakin Ermənistanın inkişafını dəstəkləmək həm də təhlükəsizliyini dəstəkləməkdir.

Qeyd edək ki, 5 apreldə Brüsseldə keçirilən ABŞ-AB-Ermənistan sammitində AB İrəvana 4 il müddətinə 270 milyon avro ayırdığını elan edib.

Bundan öncə isə AB 2,6 milyard dollar ayırmışdı.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar