Qərb İrəvana bir versə, biz Bakıya üç verəcəyik - Çavuşoğlu

07.04.2024 15:32     Dünyadan reaksiya     538

Məqsədləri Ermənistanı yenidən gücləndirərək müharibəyə cəlb etməkdirsə, Azərbaycan da tək deyil.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu İTV-yə açıqlamasında deyib.

“Azərbaycan heç vaxt tək qalmayacaq. Türkiyə hər zaman yanındadır. Onlar Ermənistan bir versələr, biz üç verəcəyik. Bütün şirkətlərimiz – müdafiə sənayesi şirkətlərimiz burda idi. Biz təbii ki, Azərbaycanı dəstəkləyəcəyik. Amma Azərbaycanın dərdi müharibə deyil, Ermənistanın ərazisində gözü yoxdur. Öz torpaqlarını azad etdi və dayandı”, - Çavuşoğlu bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar