Türkiyə Qəzzaya daha bir yardım gəmisi göndərir

07.04.2024 16:16     Dünyadan reaksiya     409

Türkiyədən Qəzza zolağına daha bir yardım gəmisi göndəriləcək.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmaz məlumat verib.

Onun sözlərinə görə, cəmiyyət tərəfindən həyata keçiriləcək növbəti yardım gəmisinin yüklənmə işləri artıq başlayıb. Yardımlara qida məhsulları ilə yanaşı, gündəlik gigiyena vasitələri və generatorlar da daxildir.

Gəminin aprelin 15-də yola çıxması nəzərdə tutulur.

Qeyd edək ki, oktyabrın 7-dən indiyədək Türkiyədən Qəzzaya səkkiz gəmi və 12 təyyarə ilə 42 min ton humanitar yardım göndərilib.

Reaksiya.az

Şərhlər