Türkiyədə dəhşətli statistika: Bir gündə 9 ölü, 1047 yaralı...

07.04.2024 17:13     Dünyadan reaksiya     138

Türkiyədə Ramazan bayramı tətilinin ilk günündə baş vermiş 651 yol-nəqliyyat hadisəsində doqquz nəfər ölüb, 1 047 nəfər yaralanıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

“Bayram tətilinin ilk günündə yol qəzalarında, təəssüf ki, doqquz vətəndaşımız həlak olub. 1 047 vətəndaşımız isə yaralanıb”, – nazir diqqətə çatdırıb.

Yerlikaya vurğulayıb ki, statistika sadəcə 6 aprel tarixini əhatə edir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar