774-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

07.04.2024 18:48     Dünyadan reaksiya     159

Rusiya müharibənin 774-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 583 təyyarəsi, 270 helikopteri, 19 390 PUA-sı, 499 zenit-raket kompleksi, 15 709 tank və digər zirehli texnikası, 1 266 reaktiv yaylım atəş sistemi, 8 715 artilleriya və minaatanı, 20 740 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Şərhlər

Çox oxunanlar