"Neftçi"-"Sumqayıt" matçında qalib müəyyənləşmədi

08.04.2024 11:30     Dünyadan reaksiya     312

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub.

Reaksiya.az xəbər verir ki, günün son oyununda "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gəliblər. "Neftçi Arena"da baş tutan görüş qollu heç-heçə ilə yekunlaşıb - 1:1.

Günün digər oyununda "Zirə" "Qəbələ"nin qapısından 4 cavabsız top keçirib.

Qeyd edək ki, XXIX turun əvvəlki matçlarında “Kəpəz” “Araz-Naxçıvan”a 2:1, "Turan Tovuz" "Sabah"a 2:0, "Qarabağ" "Səbail"ə 4:2 hesabı ilə qalib gəlib.

Reaksiya.az

Şərhlər