Budanovdan "Krokus" teraktı ilə bağlı ittihamlara cavab
08.04.2024 12:00 Dünyadan reaksiya 2104
Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin rəhbəri Kirill Budanov "Krokus Siti Holl"da terror aktı ilə bağlı ittihamlara cavab verib.
Reaksiya.az xəbər verir ki, Budanov Ukraynanın bununla heç bir əlaqəsi olmadığını deyib.
"Tam əminəm ki, Ukraynadakı məmurlardan heç birinin bununla əlaqəsi yoxdur, hətta fiziki cəhətdən də belə əlaqəsi yoxdur. Belə əmrlər heç bir xidmətə verilməyib", - o bildirib.
Qeyd edək ki, Rusiya tərəfi teraktda birmənalı olaraq Ukrayna xüsusi xidmət orqanlarını, Qərb dairələrini ittiham edir.
Şərhlər