Dünya mediası çalxalanır – “Rusiya və Çin müharibəyə hazırlaşır”
17.05.2024 18:37 Dünyadan reaksiya 1287
Hazırda Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri və həmkarı Si Szinpinlə görüşü dünya mediasının diqqətindədir.
ABŞ və Qərbə əsas rəqib, düşmən kimi təqdim edilən iki ölkənin rəhbərlərinin görüşü, aralarında imzalanan sazişlər bir sıra ekspertlərin reaksiyasına səbəb olub. Rusiyanın Ukraynaya hücumlarının intensivləşdiyi və Vladimir Putinin prezidentliyinin təsdiqləndiyi bir vaxtda ilk rəsmi səfərini Pekinə etməsi barədə Qərb mediasında fərqli versiyalar irəli sürülür.
Globalinfo.az dünya mətbuatında Rusiya prezidentinin Çinə səfəri ilə bağlı yazılan bəzi məlumatları qısaca təqdim edir:
“Washington Post”: “Vladimir Putin və Si Szinpin ABŞ-ın rəhbərlik etdiyi mövcud dünya nizamına alternativ olmaq istəyirlər”.
“Financial Times”: “Putinin səfəri ABŞ Dövlət katibi Entoni Blinkenin ötən ay Çini Rusiyadan dəstəyini geri çəkməyə çağırmasından sonra Vaqşintona açıq cavab, “hücumdur”.
“New York Times”: “Çin Rusiya ilə tərəfdaşlığa sadiqdir, çünki ona əsas rəqibi olan ABŞ-a qarşı vacib qüvvə kimi baxır”.
“Newsweek”: “İki Avrasiya dövləti arasında hazırkı münasibətlər, bəlkə də müasir tarixin ən isti yaxın siyasi əlaqələrindən biridir”.
“The Times”: “Rusiya və Çin liderləri 2009-cu ildən bu yana, yəni Si Szinpinin hələ Çinin vitse-prezidenti olduğu vaxtdan etibarən son 15 il ərzində 40 dəfə görüşüblər”.
“Telegraph”: “Si Szinpin və Vladimir Putin sülhdən danışır, amma müharibəyə hazırlaşırlar”.
Şərhlər