Kremldən Ərdoğan açıqlaması – “Kənardan təzyiq var, buna görə də...”
07.06.2024 17:04 Dünyadan reaksiya 279
Rusiya və Türkiyə arasında təmaslar yaxın gələcəkdə də davam edəcək, imkan yaranan kimi, liderlər görüşəcəklər.
Reaksiya.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya-Türkiyə təmasları, iki ölkə arasındakı iqtisad dialoqu bütün mövcud problemlərə baxmayaraq davam edir. Türkiyə digər məsələlərlə yanaşı, ölkənin iqtisadi problemləri ilə bağlı bu (kənar) təzyiqə müqavimət göstərməkdə çətinlik çəkə bilər. Yüksək səviyyəli təmaslar çox yaxın gələcəkdə də davam edəcək. Prezidentlər fürsət düşən kimi ən yüksək səviyyədə görüşəcəklər”, - Rusiya rəsmisi bildirib.
Şərhlər