Qardaşlar eyni gün fərqli cəbhədə ölüb

26.08.2015 11:47     Dünyadan reaksiya     2492

Səudiyyə Ərəbistanı vətəndaşı olan biri orduda pilot kimi çalışan, digəri isə İŞİD – də döyüşən iki qardaş, eyni gün ölüb.Reaksiya.az Al Jazeera telekanalına istinadən xəbər verir ki,  pilot olan Nasir əl Harətinin Səudiyyə Ərəbistanı ordusunun Yəməndə əməliyyat əsnasında həlak olduğu açıqlanarkən, eyni gün, İraqın paytaxtı Bağdadda intihar hücumu təşkil edən İŞİD - in hücumunun digər qardaş Zahir əl Harəti tərəfindən reallaşdırıldığını bildirilib. İki il əvvəl İŞİD – ə qoşulan Zahir daha əvvəl Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyində çalışıb.

Şərhlər