İsraildən SON DƏQİQƏ açıqlaması - Qırıcılar İrana zərbə endirmək üçün...
15.08.2024 11:50 Dünyadan reaksiya 421
İsrail Hərbi Hava Qüvvələri İrandan mümkün hücuma hazırlığı gücləndirməkdə davam edir.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Qeyd olunub ki, hava hücumundan müdafiə sistemlərinin döyüş hazırlığı ən yüksək vəziyyətə gətirilib. Hərbi Hava Qüvvələri keçən ay Yəməndə husilərə qarşı Hudeydə limanına endirilən zərbəyə bənzər uzun mənzilli hücum ssenarilərini ehtiva edən təlimlər keçirir.
Məlumatda bildirilir ki, İsrail təhlükəsizlik xidmətləri İranın daha təkmil müdafiə sistemlərinə, o cümlədən hava hücumundan müdafiə sistemlərinə və radarlara malik olduğunu bilir. Bu həftənin əvvəlində İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi İDF-in Hərbi Hava Qüvvələri üçün əməliyyat planlarını və hədəf siyahısını təsdiqləyib.
KAN-ın müxbiri İtay Blumentalın sözlərinə görə, tam silahlanmış və yanacaqla təchiz edilmiş onlarla qırıcı İrana zərbə endirmək üçün bazalarda əmr gözləyir.
Şərhlər