Ərdoğanı təhqir edən 2 nəfər həbs olundu
26.08.2015 12:19 Dünyadan reaksiya 2449
Osmaniyədə şəhid kapitan Ali Alkanın dəfn mərasimində prezident Ərdoğanı təhqir etdiyi iddiasıyla nəzarətə alınan 3 nəfərdən 2-si həbs olunub.
Reaksiya.az xəbər verir ki, Şırnakın Beytüşşebap rayonundakı Ayvalık Polis Bölməsinə təşkil olunan terror hücumunda şəhid olan kapitan Ali Alkan üçün həftə sonu Enverul Həmid məscidində keçirilən dəfn mərasimində gərginlik yaşanıb.
Nəticədə Osmaniyə Polis İdarəsinin əməkdaşları 3 nəfəri saxlayıb.
Ədliyyəyə sövq edilən şübhəlilərdən N.T. və E.D. "Prezidentə təhqir" iddiası ilə həbs olunub, M.A. isə adlı nəzarət qərarı ilə sərbəst buraxılıb.
Şərhlər