İrəvanda qərar verildi: Paşinyan noyabrda Bakıda bunu açıqlayacaq

16.08.2024 22:32     Dünyadan reaksiya     540

Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrda keçiriləcək COP29 sammiti üçün Bakıya gələcəyinə dair məlumatlar yayılıb.

Baş nazirin ehtimal səfəri erməni siyasi dairələrində ciddi müzakirələrə səbəb olub. Bəzi ekspertlər Paşinyanın səfər zamanı növbəti güzəştlərə imza atacağını bildirir.

İddialara görə, baş nazir noyabrda Azərbaycana səfər etməzdən öncə ATƏT-in Minsk qrupu ilə bağlı İrəvanın qərarını açıqlayacaq. Beləliklə Bakıda Azərbaycan və Ermənistan onun ləğvi ilə bağlı birgə bəyanatla çıxış edəcəklər.

Ermənistan nə üçün Minsk qrupunun ləğvinə razılıq vermir?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Nikol Paşinyanın COP29-la bağlı ölkəmizə gəlməsi gözləniləndir:

“Bu ərəfədə hərbi-siyasi təxribatların artması da istisna deyil. Çünki üçüncü qüvvələr-xüsusilə də Fransa ilə ABŞ Paşinyanın Bakıya səfərinə və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olmağa çalışacaqlar. Digər tərəfdən bu gün İrəvanın ATƏT-in Minsk qrupunun  keçmiş həmsədri olan rəsmi Vaşinqton və Parislə çox yaxşı münasibətləri var. Baş nazirin Minsk qrupun ləğvi ilə bağlı mövqe ortaya qoyması bu münasibətlərdə ziddiyyətlərin yaranmasına səbəb olacaq. Rəsmi Moskva və Bakının istəyi də bundan ibarətdir.

Onsuz da Minsk qrupu yoxdur, sadəcə formal olaraq adı çəkilir və Azərbaycan üçün prioritet mövzu deyil”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar