Xocalı qatili gizlicə Rusiyaya getdi – Hazırlıqlar başladı
20.08.2024 14:44 Dünyadan reaksiya 222
Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Serj Sərkisyan son zamanlarda aktiv siyasi təmaslar qurmağa başlayıb.
Bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr yazır ki, son zamanlarda onun fəal siyasi əlaqələr qurması müxalif dairələrdə müzakirələrə səbəb olub.
Məlumata görə, S.Sərkisyan yaxın zamanda Rusiyaya qısamüddətli səfər edib. O, Moskvada yaşayan bir qrup erməni iş adamı ilə görüşüb. Sərkisyanın Ermənistanda müxalifət etirazları və ehtimal parlament seçkiləri fonunda onların əhvali-ruhiyyəsini öyrəndiyi bildirilir. Hətta bəzi şəxslərlə birbaşa deyil, yaxınları vasitəsilə təmasa keçdiyi deyilir.
Keçmiş prezidentin əsasən ehtimal növbədənkənar parlament seçkilərinə hazırlıq gördüyünə dair məlumatlar var.
Ermənistan hakim dairələrində seçkilərlə bağlı müzakirələrin olması, Baş nazir Nikol Paşinyanın çıxışlarında proseslə bağlı tez-tez açıqlamalar verməsi müxalifəti də aktivləşdirib. Parlament seçkilərinin deyildiyi kimi 2026-cı ildə yox, daha erkən keçirilməsinə hazırlıq başlayıb.
Şərhlər