Ukrayna ordusu Kurskda qadın həbsxanasına hücum etdi

23.08.2024 11:58     Dünyadan reaksiya     158

Kursk vilayətində ukraynalı əsgərlər qadın həbsxanasının binasına hücum ediblər.

Bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, Kursk vilayətində irəliləyiş zamanı Ukrayna ordusu qadın həbsxanasına çatıb, onun uğrunda indi qızğın döyüşlər gedir:

“Ukrayna sərhədindən 14 kilometr aralıda yerləşən Malaya Loknya kəndində Rusiya hərbçiləri 11 saylı qadın islah həbsxanasını qalaya çevirərək Ukrayna Silahlı Qüvvələrinə şiddətli müqavimət göstərirlər. Onlarla rus əsgəri həbsxananın ətrafına möhkəmlənib, barrikadalar qurub və mühafizə qüllələrindən atəş mövqeləri, binalardan isə Ukrayna hücumlarına qarşı müdafiə kimi istifadə edirlər.

Ukrayna hərbçiləri də öz növbəsində Almaniya istehsalı olan “Marder” piyada döyüş maşınlarından müdafiəçiləri atəşə tutur, həmçinin pilotsuz təyyarələrlə qadın həxsxanasının girişindəki gözətçi qülləsinə hücumlar edir”.

Bildirilib ki, müəssisənin müdafiəsinə hətta koloniyanın mühafizəçiləri də cəlb olunub.

Koloniyada 2011-ci ildən 10-20 il müddətinə azadlıqdan məhrum edilmiş qadınlar saxlanılır.

Rusiyalı hərbi blogerlər də bildiriblər ki, Malaya Loknya tamam ilə ukraynalı hərbçilər tərəfindən mühasirəyə alınıb.

Hazırda həbsxanada nə qədər qadın dustağın saxlanıldığı barədə məlumat yoxdur.

Reaksiya.az

Şərhlər