Zelenski Kadırovdan bağışlanmasını xahiş edib – Alaudinov

25.08.2024 18:35     Dünyadan reaksiya     212

“Zelenski bir zamanlar Kadırovdan onu bağışlamasını xahiş edirdi”.

Bunu Rusiyanın “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri general-mayor Apti Alaudinov deyib.

O bunun Zelenskinin hələ “Kvartal 95” layihəsinin rəhbəri olduğu zaman baş verdiyini bildirib:

“Zelenski çox qorxurdu və ağlayırdı. O, tanışımızı Ramzan Kadırovun yanına göndərib ondan xahiş edirdi ki, bağışlasın”.

Lakin Alaudinov Zelenskinin Kadırovdan nəyə görə üzr istəməsinə aydınlıq gətirməyib.

Qeyd edək ki, Zelenski prezident olmazdan öncə “Kvartal 95” layihəsinin rəhbəri olub.

Şərhlər