Qonşu ölkədə inqilab anonsu: Rusiya kəşfiyyatı tarix verdi

26.08.2024 12:41     Dünyadan reaksiya     342

“ABŞ Gürcüstanda “rəngli inqilab” hazırlayır, çünki 26 oktyabrda keçiriləcək parlament seçkilərindən əvvəl ölkədə yaranan vəziyyətdən narazıdır”. 

Bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

İddia olunur ki, ABŞ-ın kənardan dəstəyi və səylərinə baxmayaraq gürcü müxalifəti Vaşinqtonun istədiyi səviyyədə deyil. Müxalifətdə pərakəndəlik var, onlar arasındakı ittifaq çox kövrəkdir. Bu səbəblə Ağ Ev in seçkilərə az zaman qaldığı müddətdə Gürcüstan hakimiyyətinə genişmiqyaslı təzyiq göstərmək niyyətində olduğu bildirilir.

Belə ki, Tbilisi meydanında geniş aksiyalar keçirməklə hökuməti seçki nəticələrini saxtalaşdırmaqda ittiham etmək, bu saxtakarlığa dair “sübutlar” yaymaq istəyirlər. Məqsəd seçkilərin nəticəsinin tanınmaması və hökumətin kütləvi şəkildə istefaya səslənməsi, hakimiyyət dəyişikliyinə nail olmaqdır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar