Kursk əməliyyatı: Ukrayna hücumdan əvvəl bu iki ölkədən peyk şəkilləri alıb

26.08.2024 12:57     Dünyadan reaksiya     314

Kursk əməliyyatı başlamazdan əvvəl Ukrayna ABŞ və Böyük Britaniyadan regionla bağlı peyk şəkilləri və digər məlumatlar alıb.

Bu barədə “The New York Times” adı açıqlanmayan amerikalı rəsmilərə və britaniyalı analitiklərə istinadən yazıb.

Onlar iddia edirlər ki, məlumat Rusiya ərazisinə dərindən hücum üçün verilməyib.

Amerika rəsmiləri jurnalistlərə bildiriblər ki, peyk şəkilləri və digər məlumatlar Ukrayna Silahlı Qüvvələri komandanlığının təhlükə yarada biləcək işğal qüvvələrinin gücləndirilməsini daha yaxşı izləməsi üçün ötürülüb.

Onların fikrincə, Ukraynanın Rusiya Federasiyası ilə sərhəddə daha çox ərazilərə nəzarət etmək cəhdləri Müdafiə Qüvvələrinin təchizat xətlərinin həddindən artıq sıxılması və qoruyucu imkanların zəifləməsi riskinə səbəb ola bilər. Bundan əlavə, qoşunların Kursk vilayətində cəmləşməsi şərq cəbhəsində zəifliklər yarada bilər. Xüsusən də ruslarla şiddətli döyüşlərin davam etdiyi Donbassda.

Britaniyanın “Janes” kəşfiyyat şirkətinin analitiki Ceyms Rands hesab edir ki, cəbhə xəttinin genişləndirilməsi əhəmiyyətli resurslar tələb edir. Bu, cəbhənin digər sektorlarını tükəndirə və ya ehtiyatları azalda bilər. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri piyada, zirehli texnika və artilleriya qüvvələrinin hərəkətlərini əlaqələndirərək mürəkkəb hücum əməliyyatları aparmaq bacarığını nümayiş etdirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar