Zaxarovadan Fransaya sərt reaksiya: "Hətta o qərarları utanmadan..."

26.08.2024 16:17     Dünyadan reaksiya     298

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa XİN-in “Telegram”ın həmtəsisçisi Pavel Durovla bağlı bəyanatına cavab verib.

 Zaxarova Fransa Xarici İşlər Nazirliyinin beynəlxalq hüquqa hörmət etmədiyini bildirib:

“Gülməli olan odur ki, əvvəllər Fransa Xarici İşlər Nazirliyi hətta Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını utanmadan şərh edirdi. Belə çıxır ki, o, fransız diplomatlarının məntiqinə görə, beynəlxalq hüquqa hörmət etmir”.

Fransa XİN daha əvvəl “Telegram”ın həmtəsisçisi Pavel Durovun həbsi ilə bağlı şərh verməkdən imtina edib. İş adamının həbs müddəti uzadılıb.

Reaksiya.az

Şərhlər